30 Mart 2020 12:00
1 073
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Koronavirus testlərinin apteklərdə satılması fikri doğru deyil”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın Səhiyyə naziri Mixail Muraşko deyib.

“Testlərin hər aptekdə satılacağı fikrini müdafiə etmirəm. Fikrimcə, bu, hələlik həkimlərin həyata keçirməli olduğu bir tibbi prosedurdur”, - nazir bildirib.

O, həmçinin Rusiyadakı özəl biznes nümayəndələrinin vaksin və koronavirus infeksiyası üçün dərmanların hazırlanmasına sərmayə qoyduqlarını əlavə edib.

Əlavə edək ki, Rusiya KİV-də yeni tip koronavirus pandemiyasını müəyyən edən (COVID-19) testlərin apteklərdə satışa çıxarılacağı barədə məlumat yayılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər