31 Mart 2020 14:12
568
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan parlamentində hakim fraksiyanı təmsil edən iki deputat koronavirusa yoluxub.

Məlumatı “Aysor” yayıb.

Bildirilib ki, onlar Azərbaycanın işğal altında olan Qarabağ bölgəsinə gəlmək istəyirmiş. Bunun üçün koronavirus testindən keçiblər və nəticə müsbət olub. Ona görə də parlamentdəki hakim “Mənim addımım” fraksiyasından olan deputatlar Qarabağa gələ bilməyiblər.

Bu hadisə Ermənistan parlamentinin üzvləri arasında təşvişə səbəb olub./Report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər