Gürcüstanda yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 134-ə çatıb.
Teleqraf.com xəbər verir ki, onlardan 26 nəfəri sağalıb, digərlərinin isə müalicəsi davam etdirilir.
Rəsmilər insanların karantin rejiminə əməl etməyəcəyi təqdirdə yoluxma sayının daha da artacağını bəyan ediblər.