Muşun Varto mahalında hüquq-mühafizə orqanlarının əməkdaşları ilə silahlı qarşıdurma nəticəsində yaralı ələ keçirilən PKK-nın Ərzurum üzrə məsul rəhbəri Mahmud Okayın Covid-19 testi pozitiv çıxıb.
Teleqraf.com xəbər verir ki, "Hayri Mava" kod adlı Mahmud Okaya yardım edən şəxsin də testdən keçəcəyi bildirilir.
Qeyd edək ki, Muş Varto-Karlıova yolundakı jandarma nəzarət nöqtəsində aprelin 9-da silahlı insident zamanı PKK-nın adı narıncı kateqoriyada yer alan Mahmud Okay yaralı ələ keçirilmişdi.