Türkiyə Daxili İşlər naziri Süleyman Soylu istefa verib.
Teleqraf.com xəbər verir ki, bu barədə CNN Türk məlumat yayıb.
"Qürurla daxili işlər naziri vəzifəsindən istefa verirəm. Pandemiya səbəbindən elan edilən komendant saatının tətbiqi yönündə aparılan işlərin məsuliyyəti mənim üzərimdədir. İlk saatlarda ortaya çıxan görüntülər mükəmməl aparılan bu proseslərə uyğun gəlmədi. Belə səhnələrə yer verilməməli idi. Dövlət başçısı məni bağışlasın", - deyə Soylu istefa açıqlamasında bildirib.
Teleqraf.com Soylunun istefasına səbəb olan görüntüləri təqdim edir.