7 nəfərdə koronavirus infeksiyası aşkarlanan Mavritaniya COVID-10-a qalib gəlib.
Teleqraf.com xəbər verir ki, koronavirusdan müalicə olunan sonuncu iki nəfərin də sağalaraq evə buraxıldığı açıqlanıb.
Ölkədə aktiv koronavirus daşıyıcısının olmadığı bildirilir. COVID-19-a yoluxan şəxslərin təmasda olduğu 752 nəfərin hazırda karantində saxlanıldığı qeyd olunub.
Məlumata görə, bu günə qədər ölkədə 913 nəfərdə test aparılıb, 4-ü qadın, 3-ü kişi olmaqla ümumilikdə 7 nəfərdə infeksiya aşkarlanıb. Yoluxanlardan birinin öldüyü deyilir.
Qeyd edək ki, Mavritaniya koronavirus Avropada yayılmağa başlayandan sonra xaricdən gələnlər üçün 14 günlük karantinin tətbiqinə başlamış ilk Afrika ölkəsidir.