22 Aprel 2020 23:37
603
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniya Konqresi COVID-19 pandemiyası ilə əlaqədar fövqəladə vəziyyət rejiminin müddətini mayın 10-na qədər uzatmaq haqqında hökumətin təklifini bəyənib.

Teleqraf.com xəbər verir ki, iclasda 300-ə yaxın millət vəkili onlayn səs verib.

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət müddəti üçüncü dəfə uzadılıb.

İspaniya koronavirusdan ən çox zərər çəkmiş ölkələrdən biridir. İspaniya Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə 208 389 yoluxma, 21 717 ölüm halı qeydə alınıb, 85 915 xəstə sağalıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər