27 Aprel 2020 11:15
1 434
12 Punto 14 Punto 16 Punto 18 Punto
Son on ildə dünyada ən böyük qlobal hərbi xərclər 2019-cu ildə qeydə alınıb. Ötən il hərbi xərclər 1.917 trilyon dollar təşkil edib ki, bu da 2018-ci ilə nisbətən 3,6% çoxdur.
Teleqraf.com xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutunun (SIPRI) 2019-cu ildə dünyada hərbi xərclərdəki tendensiyalara dair yaydığı hesabatda deyilir.
Qonşu Rusiya siyahıda dördüncü yeri tutub. Belə ki, Rusiyada hərbi xərclər 4.5% artaraq 65.1 milyard dollar təşkil edib.
İlk beşliyə daxil olan ölkələr - ABŞ, Çin, Hindistan, Rusiya və Səudiyyə Ərəbistanı dünyanın ümumi hərbi xərclərinin 62% -ni təşkil edir.
SIRPI-nin mütəxəssisi nan Tian qeyd edib ki, 2019-cu ildə qlobal hərbi xərclər 2010-cu illə müqayisədə 7,2% artıb: “Bu, son on ildə artan bir tendensiyanı göstərir. Bu, 2008-ci ildəki qlobal maliyyə böhranından bəri ən yüksək rəqəmdir”.
ABŞ-ın hərbi xərcləri 2019-cu ildə 5.3% artaraq 732 milyard dollara çatıb, bu dünyanın ümumi həcminin 38% -ni təşkil edir. Amerikan artımı Almaniyanın son bir ilindəki bütün hərbi büdcəsinə bərabərdir.
Çin və Hindistan bölgədə ən çox hərbi xərcləmə ilə Asiya reytinqində birinci yerdədir. Üstəlik, dünya reytinqində müvafiq olaraq ikinci və üçüncü pillələri tuturlar. Keçən il Çin hərbi ehtiyaclara 261 milyard dollar xərcləyib, bu 2018-ci illə müqayisədə 5.1%, Hindistan 71.1 milyard dollar olub ki, bu da əvvəlki ilə nisbətən 6.8% çoxdur.

Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər