Pentaqonun 2004-2015-ci illər arası qeydə alınmış görüntüləri yayımlaması dünyada sensasiyaya səbəb olub.
Teleqraf.com xəbər verir ki, Pentaqonun rəsmi şəkildə yayımladığı videolarda yadplanetli cisimlərin olduğu ortaya çıxıb.
Videolardan biri 2004, digəri 2015-ci ilə aiddir.
ABŞ Müdafiə Nazirliyi görüntülər üzərində məxfiliyi aradan qaldırdıqdan sonra uçan naməlum obyektlər haqda məlumat ortaya çıxıb.
Qeyd edək ki, Pentaqon 3 video görüntü yayıb. Videolarda sürətlə hərəkət edən və taınmayan cisimləri görünür.