12 ədəd nüvə raketi daşımağa qadir olan strateji bombardman təyyarələri - Tu-160-lar havaya qalxıb, az sonra isə dörd ölkənin qırıcıları onları mühasirəyə alıb.
Teleqraf.com xəbər verir ki, Avropanın şimalında 8 saat boyunca uçan nüvə bombası daşıma qabiliyyətinə malik olan iki ədəd rus bombardmançı təyyarəsi 4 ölkəyə aid qırıcılar tərəfindən məngənəyə salınıb.
Rusiya Müdafiə Nazirliyinin yaydığı bir dəqiqəlik videoda iki ədəd Tu-160-ın Baltik dənizi istiqamətində havaya qalxdığı görünür. Bir müddət sonra isə NATO üzvü olan Polşa, Danimarka, İsveç və Finlandiya ordusuna aid qırıcılar bombardmançıları izləməyə başlayır. 8 saat davam edən uçuş zaçanı rus bombardmançılarını Finlandiyanın F-18, Danimarka və Polşanın F-16, habelə İsveç Hava Qüvvələrinin Saat JAS 39 hərbi təyyarəsi izləyib.
Videogörüntülərdə Danimarka hava qüvvələrinə aid F-16 qırıcısının rus bombardmançısının qarşısını kəsdiyi aydın şəkildə görünür
Rəsmi Moskva hadisənin Baltik dənizindəki beynəlxalq sularda baş verdiyini bildirib.