3 May 2020 11:42
1 115
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyada son sutka ərzində koronavirusdan rekord sayda ölüm qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, Yaponiya Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyi 31 nəfərin koronadan həyatını itirdiyi barədə məlumat yayıb.

Nəticədə ölkə üzrə koronavirusdan ölənlərin ümumi sayı 530 nəfərə çatıb.

Ölənlərin əksəriyyətinin Tokioda olduğu qeyd edilir. Ümumilikdə son sutka ərzində 306 nəfərin koronavirusa yoluxduğu və ölkə üzrə xəstələrin sayının 15 min 500 nəfərə çatdığı bildirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər