"Koronavirusa qarşı peyvənd bütün ölkələrin ortaq malı olmalıdır".
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Birliyi Komissiyasının koronavirusla mübarizəyə dair onlayn konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Türkiyə koronavirusa qarşı peyvəndin hazırlanması üçün Ümumdünya Səhiyyə Təşkilatına lazım olan maliyyə yardımını etməyə hazırdır: "Biz ilk gündən koronavirusla mübarizəyə dəstəyimizi ifadə etmişik. Mayın 23-ə qədər maliyyə dəstəyi imkanlarımızı açıqlayacağıq".