Suriyanın Afrin regionunda terror hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, avtomobilə yerləşdirilən bomba partladılıb. Məlum olub ki, bomba Suriya Milli Ordusuna məxsus hərbi avtomobildə yerləşdirilib. Partlayış zamanı ölən və yaralanan olmayıb.
Qeyd edək ki, Suriya Milli Ordusu Türkiyəyə yaxın hərbi qruplaşma hesab olunur və onun şəxsi heyətinin böyük hissəsi türkmanlardan təşkil edilib.