Almaniyada məscidə hücum edilib.
Teleqraf.com xəbər verir ki, hücum Köln şəhərində qeydə alınıb.
Şəxsiyyəti bəlli olmayan şəxs və ya şəxslər məscidin giriş qapı və pəncərələrini qırıblar. Hücum zamanı tələfat qeydə alınmayıb. Polis hadisəni nəzarətə alıb və araşdırmalara başlanıb.
Qeyd edək ki, bu gün Almaniyada məscidlərin fəaliyyətinə icazə verilib.