Böyük Britaniyaya təyyarə ilə xaricdən gələn bütün şəxslər 14 günlük məcburi karantinə cəlb olunacaqlar.
Teleqraf.com xəbər verir ki, bu barədə Britaniyanın baş naziri Boris Conson bəyan edib.
O qeyd edib ki, xaricdən ölkəyə yeni növ koronavirus (COVID-19) infeksiyası axınının qarşısını almaq üçün belə bir qərar qəbul olunacaq.
“Koronavirusa yoluxanların sayında əhəmiyyətli dərəcədə azalma müşahidə etdikdən sonra, infeksiyanın ölkədə təkrar yayılmasının qarşısını almaq məqsədilə digər ölkələrdən təyyarə ilə gələn şəxslər üçün məcburi karantin tətbiq ediləcək. Əlbəttə ki, bütün səviyyələrdə vəziyyəti izləməyə davam edəcəyik”.-deyə, Baş nazir bildirib.
Buna baxmayaraq, hökumət karantin rejimini tədricən yumşaltmağa başlayıb. Baş nazir bildirib ki, sabahdan sosial məsafə qorunmaqla ölkə vətəndaşları evdən kənara və parklara gedə bilərlər.