İngiltərə baş naziri David Kameronun Türkiyəyə səfəri təxirə salınıb.
Teleqraf.com Sabah qəzetinə istinadən xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib. Onun sözlərinə görə, baş nazir Əhməd Davudoğlu ilə görüşmək üçün bu gün axşam saatlarında Türkiyəyə gəlməsi gözlənilər Kameronun səfərinin təxirə salma səbəbi açıqlanmayıb.
Çavuşoğlu İngiltərə baş nazirinin daha münasib bir vaxtda səfərini gerçəkləşdirəcəyini deyib.
Samir