12 May 2020 17:53
1 547
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan hökumətinin Saakaşvili faktoruna görə Kiyevdəki səfirini geri çağırmasının səbəbini və əhəmiyyətini anlamadım.

Bu fikirləri Teleqraf.com-a professor Əli Abbasov Mixail Saakaşvili səbəbindən gərginləşən Kiyev-Tiflis münasibətlərini şərh edərkən deyib.

Professor hesab edir ki, Gürcüstanın indi hakimiyyəti ölkənin sabiq rəhbəri, hazırda Kiyevdə vəzifəyə təyin edilən Mixail Saaaaşvilidən qorxur:

“Mən davranışlara əsasən, bu nəticəyə gəlmişəm. İşin digər tərəfi onunla bağlıdır ki, qonşu Gürcüstanda seçkilər olmalıdır. Seçkiləri o vaxt təxirə saldılar, amma hər halda seçki olacaq.
Qorxunun səbəbi məncə, buradan qaynaqlanır. Nəzərə almaq lazımdır ki, Saakaşvilini Gürcüstanda müdafiə edən siyasi partiyalar, qurumlar və siyasətçilər var”.

Əli Abbasov bildirib ki, “Gürcü Arzusu” Partiyasının niyyəti Saakaşvilini Gürcüstana əli qandallı vəziyyətdə gətirməkdir: “Onlar düşünürlər ki, Saakaşvilini vəzifədə olduğu dövrdəki işlərlə bağlı məhkəmə qarşısına çıxarmaq, həbsə atmaq lazımdır. Onlar keçmiş prezidentin bu formada Tiflisə gəlməsində maraqlıdırlar. İndilikdə Ukraynada Saakaaşvilinin nüfuzu artdıqca, bu, istər-istəməz Gürcüstana təsir edəcək. Hər halda Saakaşvili Ukraynada yaxşı işləyə bilsə, bunun Gürcüstan üçün nəticələri olacaq”.


Müəllif: Cavad

Oxşar xəbərlər