16 May 2020 00:28
1 032
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə son 24 saat ərzində daha 48 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Teleqraf.com-un məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 4 055 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 708 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 146 457 nəfərə çatıb.

Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı 106 133 nəfər təşkil edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər