18 May 2020 14:29
5 550
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Baş naziri Nikol Paşinyan dövlətin adından reketçiliklə məşğuldur.

Teleqraf.com xəbər verir ki, bunu “Ermənistanın səsi” qəzetinin müxbiri Marina Mkrtçyan yazıb.

Jurnalist Ermənistanın Vatikandakı keçmiş səfiri, respublikanın üçüncü prezidenti Serj Sərkisyanın kürəkəni Mikael Minasyanın son videomüraciətini xatırladaraq, Paşinyanın cinayət təqibinə son verməsi müqabilində Milli Təhlükəsizlik Xidmətinin rəhbəri vasitəsi ilə ondan pul tələb etdiyini söyləyib, həm də Minasyanın İrəvana qayıtmayacağı və siyasi-ictimai fəaliyyətlə məşğul olmaması şərtilə.

Mkrtçyan Paşinyanın özündən əvvəlki hakimiyyətlə bağlı açıqlamasını da xatırladıb:

“Baş nazir vaxtilə hakimiyyətdə olmuş siyasi qüvvələrin ölkəni öz aralarında bölüşdürdüyünü iddia etmişdi. Amma Paşinyan iqtidarı ələ keçirdikdən sonra ölkənin sərvətlərini heç kimlə bölüşməyəcəyini açıq şəkildə bildirdi. Bu gündən etibarən bütün paylar yalnız ona məxsusdur”.

Marina Mkrtçyan qeyd edir ki, Paşinyan və həyat yoldaşı Anna Hakopyan dövlətin və oliqarxların pullarını ianələr şəklində mənimsəyir:

“Böyük bölüşdürmənin ilk mərhələsində Nikol Saşikin (Serj Sərkisyanın qardaşı Aleksandr Sərkisyan) bank hesablarından yalnız birindəki 30 milyon dollardan danışdı. Habelə, Anna Hakobyan Samvel Aleksanyan (sahibkar və keçmiş deputat), Artak Sarkisyan (“SAS” supermarketlər şəbəkəsinin sahibi) və digər iri biznes nümayəndələrindən milyonlarla ianə aldı”.

Onun sözlərinə görə, bölüşdürmənin ikinci mərhələdə Baş nazir bahalı daşınmaz əmlakla, üçüncü etapda isə gəlirli bizneslə maraqlanırdı.

Bununla yanaşı, Mkrtçyan qeyd edir ki, Baş nazir və arvadı erməni diasporundan Ermənistana göndərilən pullara da göz dikib:

“Keçmiş Baş nazir Qrant Baqratyan hələ də suala cavab verə bilmir: keçmiş oliqarxların könüllü məcburi yardımları hara getdi? KİV iddia edir ki, Saşik Paşinyana 18 milyon dollar ödəyib. Gömrük komitəsinin keçmiş rəhbəri, Paşinyanın nəşrlərinin ən sevimli personajı olan Armen Avetisyan Tsaxkadzordakı lüks “Qolden Peles” otelini dövlətə hədiyyə etdi və digər hədiyyələr barədə çox az məlumat var”.

Eyni zamanda, Mkrtçyan, Ermənistan Baş nazirinin bəzi böyük şirkətlərin fəaliyyətinə açıq şəkildə müdaxilə etdiyini iddia edir.

Xanım jurnalist bütün bunların Ermənistanın ikinci prezidenti Robert Köçəryanın Paşinyanın hakimiyyətinin iki ili ərzində inanılmaz pullar qazanmasına dair sübutların gizlədildiyinə dair səsləndirdiyi fikirlərlə üst-üstə düşdüyünü söyləyir.

Marina qeyd edir ki, Paşinyan sahib olduğu nəhəng sərvəti 2018-ci ildə baş tutan “məxməri inqilab”dan sonra əldə edib:

“Nikol əvvəlcə əllərini geniş açmaq və soyğunçuluğa başlamaq üçün talan haqqında miflər tərtib etdi. O, əlinə gələn hər şeyi talayır və məhv edir. “İnqilabın qalib gəldiyi ölkənin qürurlu vətəndaşları” isə 2 ildir bir-birlərindən soruşur: Robert Köçəryanın milyardları haradadır?”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər