21 May 2020 08:25
2 227
12 Punto 14 Punto 16 Punto 18 Punto

Liviyanın Milli Razılıq Hökuməti ölkədə atəşin dayandırılmasından imtina edib. Çünki hesab edir ki, bu, Liviya Milli Ordusunun marşalı Xəlifə Haftarı məğlubiyyətdən xilas etmək cəhdidir.

Teleqraf.com xəbər verir ki, bu barədə Liviyanın Milli Razılıq Hökumətinin Xarici İşlər Nazirliyinin nümayəndəsi Məhəmməd əl-Kablaui RİA "Novosti" agentliyinə bildirib.

Daha əvvəl Liviya Milli Ordusu Ramazan ayı münasibətilə bir müddət döyüş əməliyyatlarını bir ay dayandırdığını elan edib.

"Milli Razılıq Hökuməti özünün barışıq üzrə əvvəlki mövqeyini elan etdi və ondan tamamilə imtina etdi, çünki bu, vaxtı udmaq və Haftarı bir-birinin ardınca məğlubiyyətlərdən xilas etmək cəhdidir", - əl-Kablaui deyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər