Buz rəqsləri üzrə 2006-ci ildə olimpiya çempionu tutulunu qazanan Tatyana Navka koronavirus infeksiyasından müalicə olunaraq sağalıb.
Teleqraf.com xəbər verir ki, keçmiş fiquristka xəstəxanadan buraxılıb.
“Hər şey yaxşıdır, təşəkkür edirəm”, – deyə Navka öz vəziyyətini şərh edib.
O qeyd edib ki, əri, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskova da koronavirus infeksiyası diaqnozu qoyulub: "Müalicə alır, özünü yaxşı hiss edir. Yaxşılaşmağa doğru gedir, amma yenə də xəstəxanada qalır.