3 Oktyabr 2014 10:33
2 473
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli müğənni Kutsinin həyat yoldaşı Sinem Bayraktutar "Ərim sevgilisi Feyzaya görə evi tərk etdi" deyib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa Feyza isə iddiaya sərt reaksiya göstərib: "Kutsi ilə birlikdə deyiləm."

2008-ci ildə ailə quran Kutsi ilə Sinem Bayraktutarın evliliyi üzərində yenə qara buludlar gəzir. Cütlük daha öncə də xəyanət iddiası ilə gündəmdə olub.

5 yaşında qızı olan və ikinci uşağına hamilə qalan Bayraktutar Kutsinin daha əvvəl aktrisa Feyza Çıpaya görə evi tərk etdiyini deyib. “Feyza Çıpaya qayıtdığını bilirəm. Telefonla xəyanətini tutmuşam. Kutsi qızımızı və doğulacaq uşağımızın buraxıb getdi. O, hamilə qadına mərhəmət etməyən biridir. Kutsi daha əvvəl də xəyanət etdi, evdən getdi. Sonra dönmək istədi, ikinci dəfə şans verdim. Nə Kutsini, nə də Feyza xanımı günahlandırıram. Tək günahkar var, o da mənəm. Çünki ikinci dəfə bağışladım”.

Aktrisa Feyza Çıpa ittihamlara belə cavab verib: “Həqiqətən bu işdən artıq çox yoruldum. Bu çirkinliyin içində olmaq istəmirəm. Kutsi ilə birlikdə deyiləm. Belə xəbərlər eşitdikdə çox kədərlənirəm. Axı mənim də ailəm var”.

Müğənni Kutsinin yaxınları isə ayrılığın xəyanətin yox, ailə daxili anlaşılmazlığın nəticəsi olduğunu qeyd ediblər.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər