24 May 2020 17:58
829
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran İslam Respublikasının cənub-qərbində baş vermiş zəlzələ nəticəsində 6 nəfər xəsarət alıb.

Bu barədə “İSNA” agentliyinə açıqlamasında Qızıl Aypara Cəmiyyətinin nümayəndəsi Mehdi Valipur bildirib.

Onun sözlərinə görə, həmin şəxslər zəlzələ zamanı qaçarkən xəsarət alıblar.

Öz növbəsində ölkənin təcili yardım xidməti bildirib ki, xilasetmə xidmətləri zəlzələ nəticəsində kənd və qəsəbələrə dəyən zərərləri hesablayır. Lakin xidmət zərərçəkənlər barədə məlumat verməyib.

***

14:42

İranda növbəti dəfə zəlzələ baş verib.

Bu barədə İranın Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, 5,2 maqnitudalı zəlzələ İranın cənub-qərbində, yerli vaxtla saat 13:41-də (Bakı vaxtı ilə 13:11) qeydə alınıb.

Zəlzələnin episentri Kohgiluyə və Boyer-Əhməd ostanının Dogünbədan şəhərindən 14 kilometr məsafədə, zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.

Dağıntı və ya tələfat barədə məlumat verilmir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər