COVID-19-la bağlı xəstəxanaya yerləşdirilən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov evə buraxılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə o özü məlumat yayıb.
"Xəstəxanadan çıxmışam və hələ ki, karantindəyəm", - D.Peskov deyib.
Rusiya prezidentinin mətbuat katibi fəaliyyətini evdən davam etdirəcəyini bildirib.
Qeyd edək ki, D.Peskov mayın 12-də koronavirusa yoluxduğunu açıqlamışdı.