25 May 2020 22:55
700
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiya hökuməti koronavirus infeksiyasının yayılması təhlükəsi səbəbindən ölkədə tətbiq etdiyi fövqəladə vəziyyət rejimini ləğv edib.

Teleqraf.com xəbər verir ki, bunu ölkənin Baş Naziri Sindze Abe açıqlayıb.

Müvafiq qərara əsasən, fövqəladə vəziyyət rejimi Yaponiyanın beş prefekturasında (Tokio, Saytama, Tiba, Kanaqava) ləğv olunub. Daha əvvəl o, 47 prefekturadan 42-sində ləğv olunmuşdu.

Yaponiya hökuməti məhdudlaşdırıcı tədbirləri getdikcə zəiflətməyi, həmçinin xəstəliyin yenidən yayılmasına qarşı hazırlıq çərçivəsində ölkənin tibb sisteminin maliyyələşdirilməsinin büdcəsini artırmağı planlaşdırır.

Bununla yanaşı, Yaponiyanın Baş Naziri yeni yoluxma hallarının artması tempinin yenidən artacağı təqdirdə, fövqəladə vəziyyət rejiminin yenidən elan edilməsinin mümkünlüyünü istisna etməyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər