26 May 2020 00:26
593
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da son sutka ərzində daha 20 634 nəfərdə koronavirus aşkarlanıb, 633 nəfər vəfat edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

Bununla da ölkədə yoluxma hallarının sayı 1,6 milyonu, ölüm hallarının sayı isə 97,7 mini ötüb.

Bundan əlavə, 366 mindən çox pasiyent sağalıb və xəstəxanalardan evə buraxılıb.


Müəllif: Teleqraf.com