30 May 2020 16:07
3 756
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın ilk prezidenti Leonid Kravçuk Qərb dövlətlərinə müraciət edərək, Rusiyanı təcrid etməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, qonşu ölkələrə təhdid mənbəyi olan Rusiya üçün ən yaxşı variant onun dünyadan təcrid edilməsidir.

Kravçuk davranışlarını dəyişdirmək üçün Rusiyanın tam diplomatik, siyasi, maliyyə və iqtisadi cəhətdən təcrid edilməsinin lazım olduğunu deyib.

Onun sözlərinə görə, Qərb ölkələrinin Rusiyaya qarşı quracağı koalisiya Kremlin təcavüzkar fəaliyyətinin dayandırılmasına səbəb olacaq. Bununla yanaşı, Ukraynanın birinci prezidenti Rusiyaya hərbi müdaxilənin yolverilməz olduğunu qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər