Son sutka ərzində Rusiyada yeni növ koronavirus infeksiyasına 9268 yoluxma halı qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, bu barədə jurnalistlərə koronavirusla mübarizə üzrə operativ qərargahdan məlumat verilib.
Bununla da Rusiyada yoluxanların ümumi sayı 405 843 nəfərə çatıb. Sutkalıq artım 2,3% təşkil edib.
O da bildirilib ki, Rusiyada ötən sutka ərzində 4 414 xəstə evə buraxılıb. Ümumilikdə 171 883 nəfər sağalıb.
Sutka ərzində Rusiyada 138 nəfər dünyasını dəyişib ki, bu da mayın 25-dən bəri ən aşağı göstəricidir. Ümumilikdə isə bu xəstəlik diaqnozu ilə dünyasını dəyişənlərin sayı 4693 nəfərə çatıb.