NASA-nın iki astronavtının olduğu Space X-in “Crew Dragon” kosmik gəmisi ilə Beynəlxalq Kosmik Stansiyaya doğru sınaq uçuşundan sonra keçirilən mərasimdə ABŞ Prezidenti Donald Trampın jesti müzakirələrə səbəb olub.
Teleqraf.com xəbər verir ki, təyyarədən enən Trampı Hərbi Hava Qüvvələrinin polkovniki Donald Smit qarşılayıb.
Smit Trampla əl verib salamlaşmaq istəsə də, ABŞ prezidenti koronavirus təhlükəsinə görə qəfil geri çəkilib.
Həmin anlar sosial mediada rekord qırıb.
Qeyd edək ki, kosmik gəminin işə salınması “SpaceX” şirkətinin saytında translyasiya edilib. Kosmik gəmidəki NASA astronavtları Daqlas Xyorli və Robert Benkendir. Bu, ABŞ-ın 2011-ci ildən pilot tərəfindən idarə edilən ilk və özəl şirkət tərəfindən həyata keçirilən birinci kosmik uçuşdur.