ABŞ-ın Minneapolis şəhərində qaradərili Corc Floydun polis tərəfindən vəhşicəsinə öldürülməsindən sonra başlayan etiraz aksiyaları davam edir.
Teleqraf.com xəbər verir ki, ölkənin bir sıra iri şəhərlərində başlayan etiraz aksiyalarına polis tərəfindən sərt müdaxilələr olunur.
Polisin atla vətəndaşları əzməsi, avtomobili aksiya iştirakçılarının üzərinə sürməsi, hətta aksiyada iştirak etməyən vətəndaşlara qarşı sərt müdaxiləsi etirazla qarşılanıb.