18 İyun 2020 12:10
684
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ dövlət katibi Mayk Pompeo və Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü Yan Tszeçi yeni növ koronavirus infeksiyası – COVID-19-la mübarizəni müzakirə ediblər.

Teleqraf.com xəbər verir ki, onlar arasında görüş Havay ştatının Honolulu şəhərində keçirilib. Görüş zamanı ABŞ-Çin münasibətləri də gündəmə gətirilib.

Mayk Pompeo COVID-19-la mübarizə aparmaq və gələcəkdə xəstəliyin yenidən baş qaldırmasının qarşısını almaq üçün “tam şəffaflıq və məlumat mübadiləsi” aparmaq lazım olduğunu vurğulayıb.

May ayının sonlarında ABŞ lideri Donald Tramp yeni növ koronavirus infeksiyasının yayılmasının “Uhan virusunu gizlətmiş” Çindən qaynaqlandığını açıqlamışdı.


Müəllif: Səxavət

Oxşar xəbərlər