24 İyun 2020 13:11
9 940
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya paytaxtı Moskvada keçirilən paradda daha sonra hərbi qulluqçuların və texnikanın keçidi olub.

Teleqraf.com xəbər verir ki, əvvəlcə general-leytenant Xəlilov adına Moskva Hərbi Musiqi Məktəbinin barabançıları keçid edib.

Paradın tarixi hissəsini Böyük Vətən müharibəsinin son mərhələsinin 10 cəbhəsinin məşhur qrupları öz ştandartları ilə keçid edərək açıblar.

Onları piyadalar bölüyü, təyyarəçilər, dənizçilər, ardınca sərhədçilər əvəz edib.

Paradın tarixi hissəsi ordu generalı Xrulyov adına Material-Texniki Təminat Hərbi Akademiyasının keçidi ilə yekunlaşıb.

Bundan sonra Müstəqil Dövlətlər Birliyinin üzvü olan, həmçinin Rusiyaya dost digər ölkələrin hərbi qulluqçularının, ümumilikdə 13 dövlətin – Azərbaycan, Ermənistan, Belarus, Hindistan, Qazaxıstan, Qırğızıstan, Çin, Moldova, Monqolustan, Serbiya, Tacikistan, Türkmənistan və Özbəkistan hərbi qulluqçularının keçidi olub.

İlk olaraq Azərbaycan Silahlı Qüvvələrinin sülhməramlı qüvvələr briqadasının bölüyü Azərbaycan bayrağı ilə keçid edib. Onlara mayor Saleh Məmmədov başçılıq edib. Paradın aparıcısı müharibə illərində 600 mindən çox azərbaycanlının cəbhəyə yollandığını vurğulayıb. Qeyd edək ki, Azərbyacan hərbçilərinin keçidinə videonun 1:02-ci dəqiqəsindən baxmaq olar.

Xarici ölkələrin hərbi qulluqçularının ardınca Suvorov, Naximov və kadet məktəblərinin müdavimləri keçid edib.

Bundan sonra Qızıl Meydandan quru qoşunlarının alayı keçib, ardınca hava-kosmik qüvvələrinin alayı gəlib.

Hərbi texnikanın keçidi T-34-85 tankları tərəfindən başlayıb.

Onları İkinci Dünya müharibəsi zamanında icad edilən SU-100 sovet tank əleyhinə özüyeriyən artilleriya qurğuları izləyib.

Sonra müxtəlif hərbi texnikalar, o cümlədən zenit artilleriya kompleksləri kolonu, T-72, T-14 “Armata” və T-90 tankları, piyadaların döyüş maşınları, “İsgəndər-M” operativ-taktiki raket kompleksləri, “Tornado-S” reaktiv yaylım sistemləri, “Koalisiya-SB” artilleriya kompleksləri irəliləyib.

Bundan sonra paradın aviasiya hissəsi başlayıb. Bu zaman ilk olaraq Mi-26 və Mi-8 vertolyotları keçib.

Onların ardınca yeni nəsil Ka-52 “Alliqator” kəşfiyyat-zərbə vertolyotları uçub. Sonra Rusiya Hava-Kosmik Qüvvələrinin digər təyyarələri səmada öz məharətlərini nümayiş etdiriblər.

Birgə orkestr “Qələbə günü” mahnısını ifa edib. Bununla da parad yekunlaşıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər