“Ölkənin vəziyyəti yaxşı deyil, Livan öz tarixinin dönüş nöqtələrindən birini yaşayır”.
Teleqraf.com xəbər verir ki, bunu Livan Baş naziri Həsən Diyab deyib.
“Bu böhran fəlakətlə nəticələnə bilər. Bunu aradan qaldırmaq üçün böyük səylərə və milli birliyə ehtiyacımız var. Vətəndaşın ac qaldığı bu dönəmdə, ölkənin vəziyyəti necə yaxşı ola bilər?”, - baş nazir vurğulayıb.
Diyab ölkə daxilindəki sosial-iqtisadi böhranın Livanın təhlükəsizliyini təhdid etdiyini bildirib.