Türkiyə Təhlükəsiz Turizm Sertifikatı üçün çox maraqlı bir sistem hazırlayıb. COVID-19 pandemiyası ilə əlaqədar Türkiyənin turist axınını davam etdirmək və tətilə gələn turistlərin sağlamlığı və təhlükəsizliyini təmin etmək üçün göstərilən səylərindən təsirləndim.
Teleqraf.com xəbər verir ki, bu sözləri Rusiyanın Ankaradakı səfiri Aleksey Yerxov deyib.
Onun sözlərinə görə, digər ölkələrin də bu sistemi öyrənməsi diqqətəlayiqdir: "Dəniz və günəş həmişəki kimi xoş və cəlbedicidir. Uçuşların bərpa edilməsi və rus turistlərin Türkiyəyə gəlməsi üçün Rusiya və Türkiyə rəsmiləri arasında sıx təmaslar davam edir".