Rusiyada Vladimir Putinin prezidentlik üçün yenidən namizəd olmasının qarşısını açan konstitusiya dəyişikliyini nəzərdə tutan referendumla bağlı ilk nəticələr açıqlanıb.
Teleqraf.com “İnterfaks”-a istinadən xəbər verir ki, seçicilərin təxminən 73 faizi konstitusiya dəyişikliyinin lehinə səs verib.
Bu, hələlik ilkin nəticələrdir.
Beləliklə, Putinin yenidən namizəd olması və 2036-cı ilə qədər iqtidarda qalmasının önü açılmış oldu.