İraq Türkmən Cəbhəsinin (İTC) lideri və İraq parlamentinin deputatı Ərşad Salehi göndərdiyi yardıma görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.
Teleqraf.com xəbər verir ki, Salehi ölkəsinə humanitar yardım gətirən türk təyyarələrinin Bağdada gəldiyini deyib.
O, koronavirus pandemiyası ilə mübarizə çərçivəsində Türkiyədən yardım istədiklərini bildirib:
“Sağ olsunlar, Türkiyə dövləti və Prezident Rəcəb Tayyib Ərdoğan dərhal səsimizə qulaq verdi və özlərinə yaraşan şəkildə İraqın yanında olduqlarını bir daha göstərdi”.
Salehi Türkiyə prezidentinin həmişə türkmənlərin və İraqın yanında olduğunu söyləyib.