2 İyul 2020 10:44
2 020
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə metroya mindikdən sonra qoruyucu maskasını çıxaran qadın digər sərnişinlərin haqlı təzyiqinə məruz qalıb və bu zaman gərginlik yaşanıb.

Teleqraf.com xəbər verir ki, hadisə Ankara metrosunda baş verib.

Maska taxan bir xanım metroya daxil olduqdan sonra maskasını çıxarıb. Bunu görən digər sərnişinlər ondan maska taxmağı tələb edib. Bu zaman qarşıdurma yaşanıb. Bu səbəbdən metro stansiyada dayandırılıb və təhlükəsizlik xidmətinin əməkdaşları prosesə cəlb edilib. Uzun mübahisələrdən sonra maska taxmadığı iddia edilən xanım metrodan çıxarılıb.


Müəllif: Cavad