Sibir pələngi Surixdə ona xidmət göstərən xanımı hamının gözü qarşısında öldürüb.
Teleqraf.com xəbər verir ki, Surix zooparkından verilən açıqlamaya görə, əməkdaşlar dərhal hadisə yerinə gələrək pələngi qəfəsdən uzaqlaşdırıblar.
55 yaşlı xidmətçi elə hadisə yerində vəfat edib.
Ötən həftənin cümə ertəsinə tüsadüf edən hadisə ilə bağlı arşdırmada xidmətçinin eyni anda pələnglə birlikdə qəfəsdə olmasının səbəbləri müəyyənləşdirilir.
İrina adlı pələng 2015-ci ildə Danimarka zoorparkında doğulub və 2019-cu ildə Surixə gətirilib.