ABŞ Prezidenti Donald Tramp koronavirus əleyhinə vaksin kəşfi ilə bağlı yeni ümidverici bəyanatla çıxış edib.
Teleqraf.com xəbər verir ki, o, Ağ Evdə keçirilən bir tədbirdə payızda məktəblərin açılması yönündə israrını təkrarlayıb:
"Məktəblərə qayıdıb, bu siyasi cəfəngiyata son qoymalıyıq. Demokratlar məktəblərin açılmasını istəmirlər, çünki bundan 3 noyabr prezident seçkilərində yararlanacaqlarını düşünürlər. Məktəbləri açın.
COVID-19-a qarşı bir çox təsirli müalicə üsulu var, bir çoxu da araşdırma mərhələsindədir. Rekord bir sürətlə vaksin istehsalı yönündə irəliləyirik, çox yaxın zamanda vaksinin tapıldığı xəbərini eşidəcəksiniz".