10 İyul 2020 16:12
18 799
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Gürcü Pravoslav Kilsəsi müstəsna xristian kilsəsi olaraq qurulan və təxminən 1000 ildir bu formada fəaliyyət göstərən Ayasofyanın statusunun dəyişdirilə biləcəyi barədə məlumatları izləyir”.

Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstan patriarxlığının bəyanatında bildirilib.

“Məlumdur ki, Türkiyə tərəfinin bu açıqlaması müəyyən səbəblərdən qaynaqlanır, lakin bəşəriyyətin qlobal problemlə üzləşdiyi vaxt xristianlar və müsəlmanlar arasında xeyirxah əhval-ruhiyyəni saxlamaq çox vacibdir. Ayasofyanın yenidən neytral bir məkan olaraq qalmasının bu gün müdrik bir addım olacağını düşünürük”, - bəyanatda qeyd edilib.

Eyni zamanda, bəyanatda Türkiyə Cümhuriyyətinin suverenliyinə hörmət ifadə olunur, patriarxlığının fikirləri dost dövlət kimi onun daxili işlərinə müdaxilə kimi deyil, ürək ağrısı ilə ən qədim xristian kilsələrindən birinə baxılması kimi qəbul ediləcəyinə ümid edilir: “Ümid edirik ki, Türkiyə və Gürcüstan arasında mövcud olan mehriban qonşuluq, dostluq və strateji münasibətlər daha da dərinləşəcək və hər iki ölkə üçün çox məhsuldar olacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər