19 İyul 2020 01:12
2 757
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanadanın Macdonald-Laurier İnstitutu və Kanada Təhlükəsizlik Araşdırma Mərkəzi COVID-19-la bağlı sensasion hesabat hazırlayıb.

Teleqraf.com xəbər verir ki, hesabatda yeni növ koronavirusun yayılmasına görə Çin və İranın məsuliyyət daşıdığı bildirilir.

"Çin və İran hökuməti virusun yayılmağa başladığı ilk günlərdə əhalinin sağlamlığı və təhlükəsizliyini heçə sayaraq bütün dəlilləri məhv etdi. Bu iki ölkə bilərəkdən COVID-19 barədə məlumatları beynəlxalq ictimaiyyətdən gizlətdilər, xalqın təhlükəsizliyinə görə bu barədə xəbərdarlıq etmək istəyən şəxslərin susdurulması nail oldular", - deyə hesabatda vurğulanır.

Təzminat ödənilməsi üçün Çin və İran barədə hüquqi çərçivədə addım atılacağı qeyd edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər