19 İyul 2020 21:38
1 251
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Prezidenti Həsən Ruhaninin koronavirusla mübarizə qərargahının toplantısında çıxışından sonra bütün vilayət rəhbərlərinə göstəriş verilib ki, kütləvi tədbirlər qadağan edilsin.

Teleqraf.com xəbər verir ki, H.Ruhani İranda 35 milyon insanın koronavirusa yoluxmaq ehtimalının olduğunu bildirib.

Vilayətlərdə cümə namazı ilə yanaşı, müxtəlif konfranslar, idman tədbirləri və başqa kütləvi tədbirlər qəti qadağan edilib.

İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Səadət Sim Lari isə gündəlik mətbuat konfransında son 24 saat ərzində 209 nəfərin öldüyünü bildirib. Nəzərə çatdırıb ki, son sutka ərzində İranda 2 min 182 nəfər virusa yoluxub. Bununla da İranda yoluxanların ümumi sayı 273 min 656-a, ölənlərin sayı isə 14 min 188-ə çatıb.

Xüsusi xəstəxanalarda müalicə alan 237 min 788 nəfər sağalaraq evə buraxılıb. Müalicəsi davam edən 3 min 556 nəfərin vəziyyəti ağır olaraq qalır.

Ümumdünya Səhiyyə Təşkilatının İrandakı təmsilçisi Kristof Homelman İsfahana səfər edərək koronavirus xəstələrinin müalicəsi prosesi ilə tanış olub. O nəzərə çatdırıb ki, İran virusa qarşı effektli mübarizə aparır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər