21 İyul 2020 22:11
3 492
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstan Prezidenti Katerina Sakellaropulu Roma Papası Fransiskə zəng edib.

Teleqraf.com xəbər verir ki, telefon danışığında Ayasofya kafedralına Türkiyə hökuməti tərəfindən məscid statusunun verilməsi müzakirə edilib.

Xanım prezident məlum qərara görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan papaya şikayət edib və ondan kömək istəyib.

O, Ayasofyanın status məsələsinin Türkiyənin daxili işi olmadığını deyib və bundan əvvəl dəstək açıqlamasına görə, Roma papasına təşəkkür edib.

Sakellaropulu ilə razı olduğunu deyən Papa Fransisk Prezident Rəcəb Tayyib Ərdoğanın qərarının siyasi olduğunu vurğulayıb. Habelə, qərarın nəzərdən keçirilməsi üçün səylərini davam etdirəcəyini xanım prezidentin diqqətinə çatdırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər