23 İyul 2020 23:45
2 673
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyəyə qarşı istifadə etdiyi dil gərginliyi artırır – Makron əl atdığı hər məsələni hüquqi çərçivədən kənara çıxarıb yanlış sityasiyaya sürükləyir”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik deyib.

“Makron yunanların qanunsuz fəaliyyətlərini dəstəkləmək üçün yenə yanlış yerdə durur. Liviyada etdiyi yanlışı Aralıq dənizinin şərqində təkrarlayır. Yaxınlarda Türkiyənin döyüş gəmisinin fransız gəmisinə təcavüz etdiyini söylədi, amma bu yalanını ifşa etdik”, - AKP sözçüsü bildirib.
Ömər Çelik Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəfələrlə Makrona prosesləri izah etdiyini deyib:

“Prezidentimiz dəfələrlə Suriya, Liviya, Kipr və Aralıq dənizinin şərqi ilə bağlı məsələlərin əsl mahiyyətini Makrona başa salıb. Hər dəfə də prezidentimizin doğru söylədiyini dedi, Makronun da yanlış dediyini sübut etdi. Türkiyəyə sanksiya çağırışı edən Makron Liviyada kütləvi məzarlıqların arxasındakı günahkarların ən böyük dəstəkçisidir. Makron Türkiyə ilə məşğul olmaq yerinə, Fransanın imicini düzəltməlidir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər