28 İyul 2020 11:18
4 139
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan-Türkiyə Silahlı Qüvvələrinin birgə təlimləri artıq Ermənistanda narahatlıq yaratmağa başlayıb.

Teleqraf.com xəbər verir ki, Türkiyənin təlimlərə qatılmaq üçün Azərbaycana 11 hərbi qüvvə göndərməsi xəbəri Ermənistanın hakim“Mənim Addımım” partiyası tərəfindən müzakirəyə çıxarılıb.

Parlamentdəki “Mənim Addımım” fraksiyasının rəhbəri Lilit Makunts jurnalistlərə açıqlamasında Türkiyənin münaqişədə tərəflərdən biri olmayacağına ümid etdiklərini bildirib: “İnanıram ki, Türkiyə bu addımı atmayacaq və heç bir şəkildə münaqişənin tərəfi olmayacaq”.

Fraksiyanın xanım rəhbəri açıqlamasında Türkiyənin bu addımından qorxuyla danışan işğalçı ölkənin ictimaiyyətinə “təsəlli” verməyi də unutmayıb: “Türkiyə artıq bir neçə bölgədəki qarşıdurmada tərəfdir. Ona görə düşünmürəm ki, bu mərhələdə Türkiyənin bu münaqişədə iştirakı mümkün olsun”.

Əlavə edək ki, Azərbaycan-Türkiyə birgə hərbi təlimləri iyulun 29-da başlayacaq, 10 gün davam edəcək. Məşqlər Bakı, Yevlax, Kürdəmir, Gəncə və Naxçıvanda keçiriləcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər