28 İyul 2020 11:00
1 127
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federasiyasının Uzaq Şərq federal dairəsində yerləşən Çukot muxtar dairəsinin (qeyri-rəsmi Çukotka) qubernatoru, hakim “Vahid Rusiya” Partiyasının Ali Şurasının üzvü Roman Kopin koronavirus xəstəliyinə yoluxmuş şəxslə təmasdan sonra sətəlcəm diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Teleqraf.com xəbər verir ki, siyasətçi bu barədə “İnstaqram” səhifəsində məlumat yerləşdirib.

“COVID-19 daşıyıcısı ilə təmas nəticəsində yüksək temperatur bir neçə gündür davam edir. Müayinənin nəticələrinə görə sətəlcəm olmuşam”, – deyə o qeyd edib.

Qubernatorun sözlərinə görə, ondan COVID-19 üçün test götürülüb, nəticələrini gözləyir. Həkimlərin tövsiyələrindən sonra o, Çukot dairə xəstəxanasına gedib.

Qeyd edək ki, daha öncə bölgədə maska rejimi də daxil olmaqla epidemiya əleyhinə tədbirlərin bir hissəsinin avqustun 3-dək uzadıldığı açıqlanıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər