30 İyul 2020 22:53
2 092
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın ilk prezidenti Leonid Kravçuk Donbas münaqişəsinin həlli üzrə təmas qrupundakı Ukrayna nümayəndə heyətinə rəhbərlik etməyə razılıq verib.

Teleqraf.com xəbər verir ki, L.Kravçuk deyib:
“Mən bir qərar verdim: əgər bacararamsa – hansı ki, mən bunu istəyirəm, Donbasda sülhün tezliklə əldə edilməsi üçün çalışacağam. Mən bunu son nəfəsimə qədər edəcəyəm. Buna görə də razılaşdım”.

L.Kravçukun sözlərinə görə, Ukrayna lideri Vladimir Zelenski “Normand dördlüyü”nü canlandırıb və populyar olmayan qərarlar verməkdən çəkinmir.

Bundan əvvəl Ukraynanın keçmiş daha bir keçmiş prezidenti Leonid Kuçma Donbasdakı üçtərəfli təmas qrupunda işini dayandırmışdı.


Müəllif: Səxavət

Oxşar xəbərlər