Qazaxıstanda koronavirusa qarşı təcrübələr çərçivəsində insana ilk peyvənd vurulub.
Teleqraf.com xəbər verir ki, vaksinasiya Qazaxıstan Milli Aqrar Universiteti yanında Beynəlxalq Peyvəndləmə Mərkəzində aparılıb.
Peyvənd vurulmuş ilk qazaxıstanlı həmin mərkəzin direktoru Kaysar Tabınovdur. Ona COVAX-19 adlı preparat vurulub. Avstraliyada hazırlanmış peyvənd hazırda klinik təcrübənin birinci fazasındadır.
Verilən məlumata görə, Qazaxıstan mütəxəssisləri yerli peyvənd üzərində də işləyirlər. Artıq istifadə üçün hazır nümunələr var.
Bundan başqa, Qazaxıstanın Jambıl vilayətinin Otar qəsəbəsində yerləşən Bioloji Təhlükəsizlik Problemləri Elmi-Tədqiqat İnstitutu da öz peyvəndini inkişaf etdirir.