Bu ilin yanvar-iyul ayları ərzində Gürcüstanda 314 nəfərin HİV virusuna yoluxduğu aşkar edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstanın QİÇS və İnfeksion Patologiya, Kliniki İmmunologiya Mərkəzi məlumat yayıb.
İndiyədək ölkədə HİV-ə yoluxma ilə bağlı 8416 fakt qeydə alınıb. Onların 6283-ü kişilər, 2133 nəfəri isə qadınlar olub. Yoluxanların böyük əksəriyyəti 29-39 yaş arasında olan insanlardır.
İlin birinci yarısında 58 kişi və 18 qadın HİV virusundan ölüb.