İsrailin ali təhsil və su resursları naziri Zyeev Elkin, icmanın inkişafı və gücləndirilməsi naziri Orli Levi-Abukasis və din işləri naziri Yakov Avitan həmkarları - Qüds işləri üzrə nazir Rafi Peresdə koronavirus aşkarlandıqdan sonra karantinə göndəriliblər.
Teleqraf.com xəbər verir ki, bu barədə "Yedioth Ahronoth" nəşri məlumat yayıb.
Qeyd edək ki, ölkədə iyunun 6-da 160, iyulun 31-də 1367 koronavirus xəstəsi aşkarlanıb.